Hindistanın şərqində yerləşən Orissa ştatının rəhbərliyi “Fani” fırtınası təhlükəsinə görə təxminən 800 min nəfərin təxliyə ediləcəyini açıqlayıb.
ONA xəbər verir ki, bu barədə “Times of İndia” qəzeti məlumat yayıb.
Bildirilir ki, köçürülmə bu gün axşam saatlarınadək başa çatmalıdır. Ştat sakinləri xüsusi təchiz olunmuş mərkəzlərdə, təhsil qurumlarında və digər etibarlı binalarda yerləşdirilir.
Hindistanın Meteoroloji Departamentinin xəbərinə görə, “Fani” fırtınası cümə günü ştatın sahillərinə çatacaq, küləyin sürəti saatda 200 kilometrə çatacaq.