• DÜNYA

    08:53 8 dekabr 2019

Hindistanda zavodda yanğın nəticəsində 32 nəfər ölüb, 15 nəfər yaralanıb

Hindistanın Yeni Dehlidəki zavodlardan birində güclü yanğın baş verib.

APA TASS-a istinadən xəbər verir ki, yanğın nəticəsində 32 nəfər ölüb, 15 nəfər yaralanıb.

Yerli “ANI” xəbər agentliyinin məlumatına görə, Yanğından Mühafizə İdarəsinin açıqlamasında qeyd olunub ki, alov geniş ərazini (təxminən 55 kvadratmetr) əhatə etməsə də, fəsadları ağır olub. Yanğın 27 yanğınsöndürmə briqadası tərəfindən bir neçə saat ərzində söndürülüb.

Ölənlərin sayının artacağı istisna edilmir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR