• DÜNYA

    08:27 3 may 2019

Hindistanın şərqində güclü qasırğa barədə xəbərdarlıq olunub

Hindistanın Dəmir yolu Nazirliyi yaxınlaşmaqda olan “Fani” qasırğası ilə əlaqədar yaxın bir neçə gündə Odişa ştatını əhatə edən 220-dəm çox reysin ləğvi barədə məlumat yayıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin Mülki Aviasiya İdarəsi də Bxubaneşvar və Kalkutte şəhərlərində hava limanlarının uçuşlara bağlandığını açıqlayıb.

Odişa ştatında 1 milyondan çox sakin təxliyyə olunub. Onlar müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Qeyd edək ki, “Fani” qasırğası ştata Benqal körfəzi səhillərindən yaxınlaşır. Meteoroloqların ehtimalına görə, qasırğanın sahillərdəki təsiri bu gün müşahidə olunacaq. Güclü küləklərin 200 km/saat sürətinə bərabər olacağı bildirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR