Hindistanın şimalında müsəlman ailənin evinə hücum edilib.
ONA “Hindustan Times”a istinadən xəbər verir ki, insident Xaryan ştatının Quruqram şəhərində hindlilərin Holi bayramı zamanı baş verib.
20-25 nəfər hindlidən ibarət olan qrup 12 nəfərdən ibarət olan müsəlman ailəsini taxtalarla və dəmir çubuqlarla döyüb. Xəsarət alanlar arasında iki yaşlı körpə və qadın da var.
Bildirilir ki, tərəflər arasında mübahisə kriket oyunundan sonra yaranıb. Hindlilər müsəlman ailəsindən Pakistana getməsini tələb edib.
Hind KİV-nin məlumatına əsasən, hücum radikal sağçı qrup tərəfindən həyata keçirilib.