Hollandiya höküməti ölkənin Tehrandakı səfirini geri çağırıb.
ONA İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Hollandiyanın xarici işlər naziri Stef Blok öz rəsmi Twitter səhifəsində bildirib.
Onun sözlərinə görə, Hollandiyanın Nazirlər Kabineti İrandakı səfiri məsləhətləşmələr üçün geri çağırıb.
S.Blok vurğulayıb ki, bu qərar İranın Hollandiyadakı səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs edərək ölkədən göndərməsi ilə əlaqədardır.
Qeyd edək ki, İranın bu addımı 2018-ci ilin iyun ayında iki iranlı diplomatın Hollandiyadan çıxarılmasına reaksiyadır.