• DÜNYA

    19:02 18 mart 2019

Hollandiyada tramvayda açılan atəş nəticəsində ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB-2

HollandiyanınUtrext şəhərində tramvayda açılan atəş nəticəsində ölənlərin sayı 3-ə, yaralananların sayı isə 9-a çatıb.

ONA "DutchReview.com"-a istinadən xəbər verir ki, bu barədə Utrext şəhərinin meri Van Zanen “Twitter” səhifəsində paylaşdığı videoda bildirib.

Hadisədə şübhəli bilinən 37 yaşlı türk əsilli Gökmən Tanış axtarışdadır.

***

16:25

Hollandiyanın Utrext şəhərində naməlum şəxsin tramvayda atəş açması nəticəsində yaralananlardan biri həyatını itirib. ONA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

15:33

Hollandiyanın Utrext şəhərində naməlum şəxs tramvayda atəş açıb.

ONA “DW”-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xeyli insanın yaralandığı bildirilir. Xəsarət alanların evakuasiyası üçün hadisə yerinə helikopterlər cəlb edilib.

İnsidentlə bağlı araşdırma başladılıb.

Polis hadisənin terror aktı olduğunu istisna etmir. “BN De Stem” qəzetinə əsasən, hücumda bir-neçə nəfər iştirak edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR