Hondurasın Roatan adası yaxınlığında özəl təyyarənin qəzaya uğraması nəticəsində 5 əcnəbi turist və pilot həyatını itirib.
ONA xəbər verir ki, bu barədə “Reuters” yerli rəsmi dairələrə istinadən məlumat yayıb.
Əcnəbilərin vətəndaşlığı barədə hələlik dəqiq məlumat verilmir. Ölkənin hərbi qüvvələri nümayəndəsinin sözlərinə görə, ölənlərdən dördü amerikalıdır, eyni zamanda yerli hakimiyyət orqanları 4 kanadalının öldüyünü bildirib. Beşinci şəxs barədə isə bir məlumat yoxdur.
Bildirilir ki, təyyarə uçuşdan bir qədər sonra dənizə düşüb. Hadisənin səbəbi məlum deyil.