Honkonqda 1 milyondan çox insan ekstradisiya haqqında qanunun əleyhinə çıxaraq etiraz aksiyalarında iştirak edib.
ONA xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilir ki, etiraz aksiyaları ümumilikdə sakit keçir, ancaq şəhərin bəzi bölgələrində polislə kiçik qarşıdurmalar olub.
Qeyd olunur ki, Honkonq Çin, Makao və Tayvanla materik ekstradisiyası haqqında razılaşmaya qoşulmayıb. Hazırda rəsmilər bununla bağlı qanun layihəsi hazırlayır.
Qanunun qəbul edilməsi ideyası ictimaiyyət arasında ziddiyyətlə qarşılanıb və etiraz aksiyalarına səbəb olub.