Bu gün Honkonqun Koxuey-Bey rayonunda aksiya keçirilib.
ONA-nın “South China Morning Post” qəzetinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları cümə günü Honkonqun milli təhlükəsizliyinin müdafiəsi mexanizmi barədə qanun layihəsinin Çin parlamentinin gündəliyinə daxil edilməsinə etiraz ediblər.
Polis 100-dən çox insanın qatıldığı aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.
Qeyd edək ki, Çin Honkonqun milli təhlükəsizliyinin müdafiəsi mexanizmi barədə qanun layihəsini Honkonq parlamentinin razılığı olmadan qəbul etməyə hazırlaşır. Honkonqda müxalif qüvvələr isə hesab edir ki, bu, “Bir ölkə-iki sistem” prinsipinə ziddir.