Honkonqda hökumət əleyhinə keçirilən və iğtişaşlarla müşayiət olunan nümayişlər zamanı 100-dən çox iştirakçı saxlanılıb.
APA xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Məlumata görə, etirazçılarla Honkong təhlükəsizlik qüvvələrinin üzvləri arasında baş verən qarşıdurmadan sonra 25 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.
Bundan əvvəl Honkong polisinin radikal etirazçı qrupları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib. İğtişaşlar Admiralti rayonundakı hökumət kompleksinin qarşısında, eləcə də bəzi qonşu məhəllələrdə baş verib. Aksiya iştirakçıları polislərə kərpic və “molotov kokteyli” atıb, küçələri mühasirəyə almağa, yanğınlar və vandalizm aktları törətməyə çalışıblar.