Honkonqun mərkəzində naməlum şəxslər kütləvi etiraz aksiyasından sonra metroya qayıdan nümayişçilərə dəyənəklə hücum edib.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində azı 36 nəfər xəsarət alıb.
İnsident metronun “Yen Lun” stansiyası yaxınlığında baş verib. Bildirilir ki, etiraz aksiyasından qayıdan qara geyimli fəallara hücum edənlər ağ maskada olublar. Xəsarət alanların arasında KİV nümayəndələri və müxalifətçi Demokratlar partiyasından Qanunverici şuranın deputatı da olub.
Şahidlərin sözlərinə görə, polis hadisə yerinə çox gec – çağırışdan iki saat sonra gəlib. Ehtimal olunur ki, hücumçular mütəşəkkil cinayətkar qruplaşmanın yerli dəstəsi ilə əlaqəlidirlər. Honkonq hökuməti baş vermiş hadisəni, eləcə də nümayişçilərin radikal çıxışlarını qəti şəkildə pisləyib.