• DÜNYA

    18:54 11 avqust 2019

Honkonqda növbəti etiraz aksiyası keçirilib

Bu gün Honkonqda hökumət əleyhinə növbəti aksiya keçirilib.

ONA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, mitinq eyni zamanda Honkonqun 3 rayonunda başlayıb.

Polislə toqquşma Honkonqun Şam Şuy Po rayonunda baş verib. Hüquq-mühafizə orqanları aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Honkonqda etiraz aksiyalar 2 ay əvvəl başlayıb. Buna səbəb yerli hakimiyyət orqanının qanunları pozmaqda şübhəli sayılan, yaxud axtarışda olan şəxslərin Çinə verilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etməsi olub. Cəmiyyətin təzyiqi ilə yerli administrasiyanın rəhbəri Kerri Lam qanun layihəsini gündəmdən çıxarıb. Ancaq bu da hökumət əleyhinə aksiyaları dayandırmayıb. Polis dəfələrlə aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR