• DÜNYA

    08:55 29 may 2019

"Huawei" qadağalarla əlaqədar ABŞ-da məhkəməyə müraciət edib

Çinin “Huawei” şirkəti adının qara siyahıya salınmasınının və Amerikada istehsal olunan komponent və texnoloji avadanlıqların əldə olunmasına dair tətbiq edilən qadağanın konstitusiya əleyhinə addım hesab edilməsi iddiası ilə ABŞ-da məhkəməyə müraciət edib.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Huawei” şirkətindən yayılan açıqlamada deyilir.

Sənəddə qeyd olunur ki, ABŞ rəsmi dairələrinin bu addımının səbəbi Çin şirkətini ölkə bazarından sıxışdırıb çıxarmaqdır.

Şirkət rəsmiləri bildirib ki, qanunun konstitusiya əleyhinə bir qərar kimi tanınması üçün ərizə ilə müraciət etmək niyyətindədirlər və məhkəmənin bu qanunu ləğv edəcəyinə inanırlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR