• DÜNYA

    15:22 28 may 2019

"Human Rights Watch" təşkilatının yaradıcısı vəfat edib

"Human Rights Watch" təşkilatının yaradıcısı Robert Bernşteyn 96 yaşında Nyu Yorkda vəfat edib.

ONA-nın xəbərinə görə, bu barədə “New York Times” məlumat yayıb.

R.Bernşteyn 1944-cü ildə Harvard Universitetini bitirib. O, İkinci Dünya müharibəsi zamanı ABŞ Hava Qüvvələrində xidmət edib. Bernşteyn 1978-ci ilə kimi bir neçə insan hüquqları təşkilatı yaradıb, 1988-ci ildə isə onlar vahid təşkilatda birləşərək "Human Rights Watch" adlanmağa başlayıb.

"Human Rights Watch" insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar aparan beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR