• DÜNYA

    22:06 31 oktyabr 2019

İŞİD əl-Bağdadinin ölümünü təsdiqləyib

İŞİD terror təşkilatı öz lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi terror təşkilatı ilə əlaqəli olan “Amaq” saytına istinadən məlumat yayıb.

Agentlik bildirir ki, təşkilat əl-Bağdadinin davamçısı kimi Abu İbrahim əl-Haşimi əl-Qureyşini təyin edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR