Türkiyə ordusunun iki hərbi qulluqçusu şəhid olub.
APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İdlib Gərginliyi Azaltma Bölgəsində xidmət edən türk hərbçilərinə qarşı radikal qruplar tərəfindən edilən raket hücumları nəticəsində iki əsgər şəhid olub, daha bir əsgər də yaralanıb.
Açıqlamada qeyd olunur ki, bundan sonar türk ordusu dərhal bölgədə aşkar olunan hədəflərə qarşılıq verib.