• DÜNYA

    07:09 10 yanvar 2021

İlon Mask Marsda şəhər salmaq üçün bütün əmlaklarını satmağa hazırlaşır

“SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Musk Mars planetində muxtar şəhər qurmaqla bağlı niyyətinin ciddiliyini nümayiş etdirmək üçün bütün əmlakını satmağa hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, Mask bunu “Business Insider”ə verdiyi müsahibəsində deyib.

“Şirkətlərin səhmlərini nəzərə almasaq, mənim maliyyə baxımından praktiki olaraq qiymətli heç bir şeyim olmayacaq”, - deyə Mask bildirib.

O, sözün əsl mənasında evsiz qalacağını da qeyd edib. Bildirilir ki, Mask keçən il bir neçə qiymətli daşınmaz əmlakını da satıb.

“Düşünürəm ki, bəşəriyyətin kosmik sivilizasiyaya və planetlərarası bir növə çevrilməsi vacibdir. Və Marsda bir şəhər salmaq üçün çoxlu resurslar lazım olacaq”, - deyə “Business Insider” iş adamından sitat gətirib.

Maskın fikrincə, əmlakını satması onun Marsla bağlı niyyətinin ciddi olduğunun sübutu olacaq. Hələ keçən ilin dekabr ayında o, yaxın altı il ərzində insanın bu planetə göndərilməsini real saydığını qeyd etmişdi.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR