Suriyanın şimal-qərbində Aazaz şəhərində terror hadisəsi baş verib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində azı 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
İlkin məlumatlara görə, avtomobil restoran və yanacaqdoldurma məntəqəsinin qarşısında partladılıb.