• DÜNYA

    08:37 3 avqust 2019

İndoneziyada baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, yaralılar da var

İndoneziyanın qərbindəki Sumatra adasında baş vermiş 6,9 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə yerli “Detik” xəbər portalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, ölümə səbəb zəlzələ nəticəsində bərk həyəcanlanmadan yaranan ürək tutması olub.

Zəlzələ zamanı, həmçinin 139 ev və iki məscid ziyan görüb, 1 mindən çox sakin təxliyyə olunub.

Qeyd edək ki, 6,9 maqnitudalı zəlzələnin episentri 1,3 mln. sakinin yaşadığı Tanqeranq şəhərindən 261 km cənub-qərbdə, onun ocağı isə 10 km dərinlikdə qeydə alınıb. Güclü təkanlar paytaxt Cakartada da hiss olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR