İndoneziyada Bank-Belitung əyalətində şaxta çöküb.
APA bildirir ki, bu barədə “Sinxya” agentliyi məlumat yayıb. İlkin məlumata görə hadisə zamanı ən azı 3 nəfər ölüb.
Qeyd edilir ki, insident 29 avqustda axşam saatlarında baş verib. Həmin zaman şaxtaçılar 12 metr dərinlikdə olublar.
Agentliyin nümayəndəsi hadisə ilə bağlı bunları bildirir:
“Şaxta qəflətən çöküb. Orada 6 nəfər olub. 3-nün meyiti tapılıb. Digər 3 nəfər itkin düşüb”.
Ehtimal olunur ki, çökməyə bir neçə gün davam edən leysan yağışlar səbəb olub.