İndoneziyanın paytaxtı Cakarta və ətraf rayonlarda daşqın və sel 9 nəfərin ölümünə səbəb olub.
ONA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, leysan yağışlar nəticəsində bir çox rayonlarda çaylar məcrasından çıxıb.
PLN Dövlət Enerji Təchizatı Şirkəti subasmalarla əlaqədar paytaxtda bəzi məhəllələrdə elektrik enerjisi təchizatını dayandırıb. Sel və daşqınlar səbəbindən ictimai nəqliyyatın işində problem yaranıb, bəzi dəmir yolları bağlanıb.