• DÜNYA

    07:36 9 sentyabr 2019

İngiltərədə şagirdlər və onların valideynləri yubka qadağasına görə etiraza başlayıblar


İngiltərənin Şərqi Sussex bölgəsinin Leves şəhərində 150-dək şagird və onların valideynləri yerli orta məktəbdə gender çəhətdən neytral məktəb formasının tətbiqinə etiraz bildirmək üçün aksiya keçiriblər.

APA BBC-yə istinadla xəbər verir ki, həmin məktəb İngiltərədə yeni dərs ilindən bütün şagirdlərə məktəbə şalvar geyinib gəlməyi şərt qoyub.

Bu tələb həm şagird oğlanlar, həm də şagird qızlara aiddir.

Məktəb rəhbərliyi deyib ki, bu addımın atılmasına məktəbli qızların yubkalarının uzunluğu ilə bağlı narahatlıq səbəb olub.

Bundan əlavə, yeni qaydalar bu məktəbdə təhsil alan bir neçə transgender şagirdin ehtiyaclarını da nəzər alır.

Lakin yeni qaydalardan narazı qalmış şagirdlər hesab edirlər ki, onların seçim hüququ təmin olunmalıdır.

Şagirdlər qeyd ediblər ki, məktəb tərəfindən irəli sürülmüş yeni şərt onlar üçün artıq alınmış məktəbli formasını lazımsız edir.

Qaydalara əməl etməyənlər paltarı dəyişmək üçün evə göndəriləcək və yalnız bundan sonra məktəb binasına buraxılacaqlar.

Artıq belə bir hal qeydə alınıb. Məktəbə yubkada gəlmiş şagird Nina Cullen dərsə buraxılmayıb.

Yeni qaydalardan narazı olan şagirdlər hesab edirlər ki, onların seçim etmək hüququ təmin olunmalıdır.
Bundan əvvəl, xüsusilə havalar çox isti olanda, məktəb güzəştə gedərək şagirdlərə şort və yubka-şortda dərsə gəlməyə icazə vermişdi.

Lakin iyun ayında təhsil müəssisəsinin rəhbərliyi şagirdlərin valideynlərinə məktub göndərərək bildirib ki, bu addım məktəb üçün xeyli problem yaradıb.

Məktubda qeyd olunub ki, qaydalara əməl etməyən şagirdlər məktəbin müəllim heyətini tədris prosesindən yayındırır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR