“İraq Rusiyanın “S-400” raket sisteminin köməyi ilə hava hücumundan müdafiə sistemini inkişaf etdirə bilər”
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin ictimai şurasının üzvü İqor Korotçenko deyib.
O bildirib ki, İraq hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın tərəfdaşıdır: “Rusiya Federasiyası İraqın suverenliyini və hava məkanının etibarlı müdafiəsini təmin etmək üçün lazımi vəsaiti, “S-400” raket kompleksini, o cümlədən “Bum-M3”, “Tor-M2” kimi digər hava hücumundan müdafiə sistemi komponentlərini tədarük edə bilər”.