• DÜNYA

    04:47 8 yanvar 2020

İran ABŞ-ın İraqdakı aviabazalarına zərbələr endirib, faktı Pentaqon təsdiqləyib

İraqın qərbində yerləşən və ABŞ-a məxsus “Eyn əl-Əsəd” hərbi bazasına doqquz raket zərbəsi endirilib.

APA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“Reuters”in məlumatına görə, bundan bir qədər sonra amerika rəsmi bir mənbə hücum faktını təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində zərərçəkənlər və zərərlər barədə məlumat yoxdur.

“Press TV” telekanalı xəbər verir ki, öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına onlarla raket zərbəsi endirdiyini bildirib.

“SEPAH İraqdakı ABŞ-ın “Eyn-əl-Əsəd” aviabazasına onlarla raket zərbəsi endirilməsini təsdiqləyir”, - deyə telekanalın “Twitter” səhifəsində yazılıb.

“ABC” telekanalının digər bir amerikalı rəsmiyə istinadən bildirdiyinə görə, zərbələr İran ərazisindən ballistik raketlərlə endirilib. Telekanal, həmçinin xəbər verir ki, İran İraqın şimalında, Erbil bölgəsində yerləşən ABŞ obyektlərinə də raket zərbələri endirib.

Amerika obyektlərinə endirilən raket zərbələri barədə artıq prezident Donald Trampa məlumat verilib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR