İran "Stena Impero" tankerinin heyət üzvlərini istintaq başa çatana qədər sərbəst buraxmayacaq.
ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, İran hakimiyyəti bu barədə Rusiyanın Tehrandakı səfirliyini məlumatlandırıb.
Tankerdəki heyət üzvlərinin sağlıq durumlarının normal olduğu, dənizçilərin həyatına təhlükə olmadığı, tankerdə sərbəst hərəkət etdikləri bildirilib.
Xatırladaq ki, iyulun 19-da Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb və tanker Bəndər-Abbas limanına gətirilib. Tankerin 23 heyət üzvü arasında 3 Rusiya vətəndaşı da var.
Bundan əvvəl iyulun 4-də Böyük Britaniya tərəfindən Cəbəllütarixdə İran tankeri saxlanıb. İranın “Stena Impero” tankerini saxlaması Böyük Britaniyaya cavab addımı sayılır.