İran İsam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində daha bir tanker saxlayıb.
ONA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İran İsam İnqilabı Keşikçiləri Korpusunun komandanı tankerin qanunsuz neft daşıdığı üçün saxlandığını bəyan edib. Tankerin adı açıqlanmayan ərəb ölkəsinə neft daşıdığı bildirilib.
İSNA agentliyi isə tankerin iyulun 31-də saxlandığı barədə məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl iyulun 19-da Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb.