İran özünün “Bavar-373” zenit-raket kompleksi üzərində apardığı işləri yekunlaşdırıb və gələn həftə onun təqdim olunacağı gözlənilir.
APA “IRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi Tehranın təsdiqlədiyi məlumata görə, kompleks Rusiyanın S-300 zenit-raket sisteminin analoqudur.
Bildirilir ki, “Bavar-373” 27 km yüksəkliyədək hədəfi məhv edə bilir. İran sisteminin radiusu 200 km-dir.