ABŞ-ın İraqda keçirdiyi əməliyyat nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin rəhbəri general Qasım Süleymaninin meyiti barmağındakı üzüyə əsasən müəyyənləşdirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndis adamları ilə birlikdə Bağdad aeroportuna Suriyadan, ya da Liviyadan qayıdan Süleymanini qarşılamağa gəlib.
Aviazərbə Süleymani təyyarəni tərk etdikdən sonra endirilib, partlayış nəticəsində Süleymaninin bədəni hissələrə parçalanıb. Generalın meyiti barmağındakı qırmızı qaşlı gümüş üzüyə əsasən tanınıb. O, bu üzüklə dəfələrlə görüntülənib.