İran İslam İnqilabını Mühafizə Korpusu Hörmüz boğazı yaxınlığında neft daşıyan tanker saxlayıb.
ONA-nın İLNA agentliyinə istinadən verdiyi məlumata görə, tanker Əbu-Musa adası yaxınlığında saxlanılıb.
Tankerdə 8 min barel xam neft var. Gəminin Malayziyadan olan 16 heyət üzvü də saxlanılıb.