• DÜNYA

    12:35 22 sentyabr 2019

İran Hörmüz boğazında təhlükəsizliyin qorunması üçün yeni təşəbbüslə çıxış edəcək

İran Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin qorunması üçün yeni təşəbbüslə çıxış edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün Tehranda İran-İraq savaşının ildönümü ilə əlaqədar keçirilən hərbi parada İran Prezidenti Həsən Ruhani bildirib.

H. Ruhani bu təşəbbüsü BMT-nin toplantısında açıqlayacağını bəyan edib: “Bizim istəyimiz Fars körfəzi və Hörmüz boğazında sabitlik yaratmaqdır. “Ümid koalisiyası və “Hörmüzdə sülh təşəbbüsü” ilə Nyu Yorka səfər edəcəyik. Yaxın günlərdə BMT-də bölgə xalqlarının və İranın əməkdaşlığı ilə Fars Körfəzi, Hörmüz boğazı və Oman dənizinin təhlükəsizliyinin təmini üçün layihə təqdim edəcəyik.”

H. Ruhani xarici hərbi qüvvələrin iştirakının Fars körfəzində sülhə kömək etməyəcəyini, qonşu xalqlara dostluq əli uzatdıqlarını vurğulayıb.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR