İran İraqda yerləşən ABŞ hərbi bazalarına zərbə vurmaq üçün müasir tələblərə cavab verən “Fateh-313” və “Qiam” raketlərindən istifadə edib.
APA-nın məlumatına görə, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Bildirilib ki, adıçəkilən raketlərin uçuş trayektoriyası müvafiq olaraq 500 və 800 kilometr məsafəyə malikdir: “ABŞ-ın raketdən müdafiə sistemləri bu raketlərə mane ola bilməyib. Çox sayda döyüş başlığı olan “Qiam” raketləri radarlara qarşı aktiv sistemə malikdir.