İran astronavtlar üçün kosmik kapsullar hazırlamağa başlayıb.
APA yerli “ISNA” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin informasiya və rabitə texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahromi bildirib.
“Bu gün biz bunu elan etməyə hazırıq. Elmlər Nazirliyinin araşdırma mərkəzinə bir insanın 190 kilometrlik orbitə çıxmasını təmin edən beş kosmik kapsulun üç il müddətinə hazırlanılmasını tapşırmışıq”, - iranlı nazir belə deyib.
Qeyd edək ki, Cahromi bir müddət əvvəl İranın kosmosa kosmonavt göndərmək niyyətində olduğunu bildirib. Ancaq bunun üçün digər dövlətlərin yardımına ehtiyac olduğunu da əlavə edib.