“Fransızlar İranın müstəqil suveren bir dövlət olduğunu unutmamalıdırlar. Nə hökumətimiz, nə də məhkəmə orqanlarımız heç kimin məsləhətini qəbul etməyəcək".
APA İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “twitter” hesabında yazıb.
O, əlavə edib ki, İranın daxili işlərinə müdaxilə dözülməzdir.
Xatırladaq ki, prezidenti Emmanuel Makron 10 dekabr - İnsan Hüquqları Günü İranda həbs edilmiş iki Fransa vətəndaşı Fariba Adelxah və Roland Marşalın dərhal azad edilməsinə çağırış etmişdi: "İnsan Hüquqları Günündə İranda həbsdə olan iki həmvətənimizi - ailəli olan Fariba Adelxah və Roland Marşalı düşünürəm. Onların həbsinə dözmək olmur. Hər ikisi dərhal azad edilməlidir. Mən bunu prezident Ruhaniyə söylədim və bu gün də təkrar edirəm".