• DÜNYA

    21:25 2 may 2021

İran XİN rəhbəri general Süleymani və Rusiya haqqında dediklərinə görə üzr istəyib

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif iranlı iqtisadçı Səid Lilyazla söhbəti zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qasım Süleymani ilə bağlı dediklərinə görə üzr istəyib.

APA-nın məlumatına görə, bu barədə “Mehr” xəbər agentliyi xəbər yayıb.

Qeyd edək ki, bu ilin mart ayında Zərif Lilyazla söhbətində bir il əvvəl İraqda ABŞ-ın hava hücumu nəticəsində həlak olan general Süleymaninin Tehranın xarici siyasətində rəsmi Moskva ilə danışıqlarda mühüm rol oynadığını demişdi.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR