• DÜNYA

    14:18 10 noyabr 2019

İranda 53 milyard barel ehtiyata malik neft yatağı kəşf edilib

İran böyük ehtiyata malik yeni neft yatağı kəşf edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran Prezidenti Həsən Ruhani Yəzd şəhərində əhali qarşısında çıxışı zamanı bildirib.

H.Ruhani deyib ki, kəşf olunan yeni yataqda 53 milyard barel neft ehtiyatı var. Neft yatağı Xuzistan əyalətində yerləşir, İranın cənubundakı Bostan şəhərindən başlayır və Ümidiyyə şəhərinə qədər uzanır.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR