İranda yenidən yeni növ koronavirusun (COVİD-19) “Britaniya ştamı” aşkarlanıb
ONA-nın xəbərinə görə, bunu bu gün İran səhiyyə naziri Səid Namaki bildirib.
Səhiyyə naziri deyib ki, dünən ölkədə 4 belə hal aşkarlanıb. Virusa yoluxanlar Avropadan ölkəyə gələn bir ailənin üzvləridir.
Bununla da ölkədə koronavirusun “Britaniya ştamı”na yoluxanların sayı 5 nəfərə çatıb. Bundan əvvəl Böyük Britaniyadan gələn bir nəfərdə bu virus aşkarlanmışdı.