Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.
ONA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.
***
saat 10.28
Bu gün səhər saatlarında İranda güclü zəlzələ olub.
ONA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.
Dağıntı və tələfat barədə məlumat verilmir.