İranda koronavirusa yoluxan daha 117 nəfər ölüb
  • DÜNYA

  • 14:22 12 Aprel 2020

İranda koronavirusa yoluxan daha 117 nəfər ölüb

İranda yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 71 min 686 nəfərə çatıb.

ONA-nın xəbərinə görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Ölkədə son sutka ərzində  koronavirusa yoluxan 117 nəfər vəfat edib. Bununla da bu günədək koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 4 min 474-ə çatıb.

Son sutka ərzində  ölkə ərazisində 1657 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək İranda (Covid-19) virusuna yoluxmuş 43 min 894 nəfər sağalıb.  Hazırda virus daşıyıcısı olan 3 min 930 nəfərin vəziyyəti ağırdır.

OXŞAR XƏBƏRLƏR