İranda koronavirusa yoluxanların sayı 97424-ə çatıb, ölüm hadisələri - 6203, 78422 nəfər isə sağalıb.
APA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Məlumata görə, son sutka ərzində daha 976 nəfərdə koronavirus aşkarlanıb. 47 nəfər isə dünyasını dəyişib.