“İran Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb ediləcək”.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib.
“Bütün dövlət qurumları, silahlı qüvvələr, ictimai təşkilatlar cəmiyyətin sağlamlığı üçün lazımi tədbirləri görəcək. Ən qısa müddətdə ən az itki ilə xəstəliyə nəzarət etmək istəyirik”, deyə prezident əlavə edib.
Qeyd edək ki, İranda bu günə qədər 43 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Onlardan səkkizi ölüb. Yoluxma hadisəsi ilk dəfə fevralın 19-da Qum şəhərindəki ziyarətgahda baş verib.