Rusiyanın Tehranda həbs olunan jurnalisti tezliklə sərbəst buraxılacaq.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Sputnik”-ə açıqlamasında deyib.
A.Musəvi deyib ki, həmin jurnalist bəzi məsələlər haqqında izahat vermək məqsədi ilə saxlanılıb və tezliklə azad olunacaq.
Qeyd edək ki, Rusiyalı jurnalist Yulia Yuzik ötən gün İranda saxlanılıb. Onunn “Sepah” təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.