İranda baş vermiş təyyarə faciəsində həyatını itirən ukraynalıların cəsədləri bazar günü – 19 yanvar tarixində Ukraynaya təhvil veriləcək.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Ukrayna Beynəlxalq Hava yolları” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.
“Ölən ukraynalı sərnişinlər və PS752 reysinin ekipaj üzvlərinin cəsədləri 19 yanvar tarixində Ukraynaya gətiriləcək”, - deyə mətbuat xidməti “Facebook” səhifəsində qeyd edib.
Şirkət əlavə edib ki, qəza nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş mərasim Borispol beynəlxalq hava limanının terminalında baş tutacaq.