• DÜNYA

    20:28 17 noyabr 2019

İranda yanacağın bahalaşması ilə bağlı zərər çəkənlərə maddi yardım ödəniləcək


İran prezidenti Həsən Ruhani bazar günü yanacağın qiymətindəki son artım nəticəsində zərər çəkmiş vətəndaşlara maddi təzminat ödəmək barədə fərman imzalayıb.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə İran Prezidenti açıqlamasında deyib.

O bildirib ki, yanacağın qiymətinin artması ilə maddi cəhətdən zərər çəkmiş şəxslərə maddi yardımın ödənilməsi barədə fərman imzalayıb.

Həsən Ruhaninin sözlərinə görə, sözügedən məsələ ilə bağlı dövlət tərəfindən maliyyə dəstəyi sabahdan etibarən ödəniləcək.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR