• DÜNYA

    12:20 23 fevral 2020

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin Van rayonunun Başqala qəsəbəsində dağıntılar altında qalan 3-ü uşaq olmaqla, 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR