İŞİD terror təşkilatının bir qrup silahlısı İraqın Səlahəddin vilayətində polis postuna hücum edib.
ONA-nın xəbərinə görə, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.
Bayci şəhərində neft obyektlərinin mühafizəsi üçün yaradılmış posta hücum nəticəsində 4 polis əməkdaşı öldürülüb. Atışma zamanı üzərində partlayıcı qurğu olan bir terrorçu məhv edilib.