İraqın Ərbil şəhərində restorana silahlı hücum olub.
“Anadolu” Agentliyinin xəbərinə görə, hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun əməkdaşı öldürülüb.
Restoran sahibi bildirib ki, konsulluq əməkdaşları içəri girəndən sonra mülki geyimli, üzərində iki silah olan şəxs onları hədəfə alaraq atəş açıb.
Hadisə ilə bağlı araşdırma aparılır.