• DÜNYA

    08:26 1 dekabr 2019

İraqdakı etiraz aksiyalarında 2 nəfər öldürülüb

İraqdakı etiraz aksiyaları zamanı azı iki nəfər ölüb, daha 26 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə şənbə günü “Al Arabiya” hökumət rəsmilərinə istinadən məlumat yayıb.

Bağdad polisi etirazçıların xarici səfirliklərin və dövlət qurumlarının yerləşdiyi “yaşıl zona”ya girməməsi üçün döyüş güllələrindən və gözyaşardıcı qaz istifadə eib, nəticədə azı 11 etirazçı yaralanıb. Paytaxtın cənubunda yerləşən şiə müsəlmanlarının müqəddəs şəhəri olan Nəcəfdə etirazçıların dağıdılması zamanı onlardan ikisi öldürülüb, 15 nəfər yaralanıb.

Öz növbəsində ölkənin baş naziri Adil Əbdül Mehdi parlamentə rəsmi istefa məktubu təqdim edib. Cümə günü hökumət başçısı “İraqın zorakılıq və xaos uçurumuna düşməsi”nin qarşısını almaq üçün istefa vermək niyyətində olduğunu açıqlayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR