• DÜNYA

    06:53 17 noyabr 2020

İrəvanda "Armenia" hava yolları şirkətinin ofisini qarət ediblər

Ermənistana məxsus “Armenia” hava yolları şirkətinin direktorunun kabinetindən qapının kilidini açmaq yolu ilə böyük məbləğdə pul oğurlanıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” polisə istinadla məlumat yayıb.

“Oğurluq “Armenia” hava yollarının ofisindən edilib. Polis bölməsinə 15 noyabr tarixində saat 10:41-də hava yolları şirkətinin direktor müavinindən məlumat daxil olub. Bildirilib ki, naməlum şəxs və şəxslər hava yolu şirkətinin ofisinə açar seçmə üsulu ilə daxil olublar və direktorun kabinetindən külli miqdarda pul aparıblar”, - məlumatda belə deyilir.

“Sputnik”in qeyd etdiyinə görə, hazırda polis hadisənin təfərrüatlarını araşdırır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR