İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib
  • DÜNYA

  • 19:07 15 Dekabr 2019

İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib

Gürcüstanın Ermənistandakı səfirliyinin avtomobili qarət edilib.

ONA-nın xəbərinə görə, bu barədə “Shamshyan.com” saytı  məlumat yayıb.

“Mercedes” markalı “14 D 001 AM” diplomatik nömrə nişanlı avtomobil dekabrın 13-dən 14-nə keçən gecə İrəvanın Tumanyan küçəsində park edilib. Oğrular gecə avtomobilin bahalı yan şüşələrini söküblər.

Hadisə ilə bağlı Ermənistan polisi və Gürcüstan səfirliyi açıqlama verməyib.

 

 

OXŞAR XƏBƏRLƏR