• DÜNYA

    04:47 27 avqust 2020

İrlandiyadan olan avrokomissar karantin qaydalarına əməl etmədiyindən istefa verməli olub

Avropa İttifaqının ticarət üzrə komissarı Fil Hoqan İrlandiyaya səfəri zamanı COVID-19-la mübarizə qaydalarına əməl etməməsi ilə bağlı yayılan səs-küylü hadisədən sonra istefa verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hoqan öz açıqlamasında bildirib.

“Bu gecə Aİ-nin ticarət üzrə komissarı vəzifəsindən istefa etməyimlə bağlı müraciət etdim... İrlandiyaya son səfərimlə bağlı yaranmış fikir ayrılıqları Aİ komissarı kimi məni işimdən yayındırdı və önümüzdəki əsas aylarda işimə xələl gətirə bilərdi”, - açıqlamada belə deyilir.

Məlumatlara görə, F.Hoqan İrlandiyada təxminən 80 nəfərin qatıldığı bir tədbirdə iştirak edib. Hoqan hadisəyə görə üç dəfə üzr istəsə də, sonradan onun İrlandiyaya gələrkən qaydalar üzrə iki həftəlik özünü təcrid etmədiyi aydın olub və buna görə də təzyiqlərə məruz qalıb.

F.Hoqan İrlandiyadan olan Avropa komissarı idi.

“Qeyd etməliyəm ki, heç bir qanunu pozmamışam. Sadəcə, ictimaiyyət nümayəndəsi kimi COVID qaydalarına daha ciddi yanaşmalıydım”, - deyə komissar bildirib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR